"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi “Yerli Demokratiya Həftəsi” çərçivəsində tələbələrlə görüş keçirib

--2017-11-02 / 14:10

Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində Mingəçevir Bələdiyyəsi təsdiq etdiyi tədbirlər planı həyata keçirməyə başlayıb. ilk növbədə bələdiyyənin inzibati ərazisində “Yerli Demokratiya Həftəsində fəal iştirak edək!” şüarı ilə əhaliyə çağırış edilib. Bələdiyyədə “Açıq qapı” günləri, “Qaynar xətt” telefon nömrəsi elan olunub. Bələdiyyənin binasında vətəndaşların rəy və müraciətlərini toplamaq məqsədi ilə “Poçt qutusu” quraşdırılıb. Seçıcilərlə görüşlərə start verilib.

Bu görüşlərdən biri Tibb Kollecində baş tutub. Bələdiyyənin sədr müavini əli əliyev, “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı və “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş” şöbəsinin müdiri Ramin Cavadov görüşdə çıxış edərək, tələbələrə “Yerli Demokratiya Həftəsi”nin mahiyyəti barədə məlumat verdilər və bələdiyyənin 10 ayda gördüyü işlərdən, gələn il üçün fəaliyyət planından danışdılar. Kollecin direktoru, bələdiyyə üzvü Fikrət Zeynalov gənclərin yerli özünüidarədə iştirakının formalarından və vacibliyindən bəhs etdi.

Sonda “Mən bələdiyyə üzvü olsaydım...” adı altında tələbələr yaşadıqları ərazilərdə yerli problemləri sayaraq, onların həll yollarını müzakirə etdilər. Tədbir sual-cavabla yekunlaşıb.

Belediyye.info

 

ŞƏRHLƏR